Dərc edilib: 04-09-2022

https://www.nuh.az/32108-.html

DİN-dən Lerikdə 8 nəfərin öldüyü qəza ilə bağlı - Açıqlama

04.09.2022 20:44:30

Dünya

Xəbər verdiyimiz kimi, Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verib:

 

“Hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib