Dərc edilib: 06-09-2022

https://www.nuh.az/32122-.html

İnqilabi dəyişiklik – Şallaq ləğv edilir

06.09.2022 22:31:32

LIVE

2023-cü ildə Malayziyada ölüm və şallaq cəzalarını ləğv ediləcəyi bildirilir. 


Ölkənin ədliyyə naziri Van Cunaidi Tuanku Jafar müvafiq qanun layihəsinin oktyabrda parlamentə gələcəyini açıqlayıb.

Nazir yeni tənzimləmə ilə edam və şallaq cəzalarının verilməsi qərarının hakimlərin ixtiyarına veriləcəyini deyib:

“Hər şey yaxşı getsə və qarşıdan gələn büdcə müzakirələrində heç bir ləngimə olmasa, 2023-cü ildə bizdə daha ölüm cəzası olmayacaq. Sözügedən cəzalar hakimlərin ixtiyarına veriləcəyi üçün tənzimləmə şallaq cəzasına da şamil olunacaq”.

Malayziya hökuməti iyunun 13-də ölüm hökmünün ləğvi və məhkəmələrin qərarına uyğun olaraq başqa cəzalarla əvəz edilməsi barədə razılığa gəlib.

Malayziyada ölümlə cəzalandırılan cinayətlər arasında adam öldürmə, narkotik ticarəti, terrorizm, adam oğurluğu və odlu silah saxlama da var. (Teleqraf.com)

NUH informasiya agentliyi səhifəsindən çap edilib