10000 üzvü olmayan partiyalar dövlət qeydiyyatına alınmayacaq
Azərbaycanda azı 10 min üzvü olan siyasi partiyalar dövlət qeydiyyatına alınacaq.
NUH.az xəbər verir ki, bu bənd “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin varinatında əksini tapıb.
Layihəyə əsasən dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olmalıdır.
Həmçinin Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlamalıdır.