Dərc edilib: 14-09-2022

https://www.nuh.az/32159-.html

Prezident Azərbaycan xalqına başsağlığı verdi

14.09.2022 08:48:40

Siyasət

Prezident İlham Əliyev Azərbaycan xalqına başsağlığı verib. 

"Qafqazinfo" xəbər verir ki, başsağlığında deyilir: 

"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!"

NUH informasiya agentliyi səhifəsindən çap edilib