Dərc edilib: 23-09-2022

https://www.nuh.az/32203-.html

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin edildi

23.09.2022 15:30:18

Müsahibə

“Xalq qəzeti”nə yeni baş redaktor təyin olunub. 


“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bu, Mətbuat Şurasının sədri, keçmiş deputat Əflatun Amaşovdur. Bir qədər öncə yeni baş redaktor qəzetin kollektivinə təqdim olunub.

 

Yeni baş redaktoru kollektivə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova təqdim edib.

Xatırladaq ki, "Xalq qəzeti"nin əvvəlki baş redaktoru Həsən Həsənov iki gün öncə tutduğu vəzifədən azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib