Dərc edilib: 25-09-2022

https://www.nuh.az/32215-.html

Sosşəbəkələrdə 100-ə yaxın şəxsi aldadan qadın saxlanıldı (VİDEO)

25.09.2022 18:54:28

Kriminal

Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Qasımova Vüsalə Rizvan qızı saxlanılaraq məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Vüsalə Qasımova isə etiraf videosunda qeyd edib ki, "Instagram" və "TikTok" sosial şəbəkələrində 80-100 nəfərə yaxın şəxsin onlayn lotereya oynamaq adıyla 200 manatını alaraq aldadıb.
Araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib