Dərc edilib: 26-09-2022

https://www.nuh.az/32217-.html

Gürcüstan Rusiyadan qaçan 18-55 yaşlı kişilərə sərhədlərini bağlayır

26.09.2022 07:39:58

LIVE

Gürcüstan sabahdan Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişinə qadağa qoya bilər. 


“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü, müxalif siyasətçi Nona Mamulaşvili deyib.

Onun sözlərinə görə, buna səfərbərlikdən yayınan Rusiya vətəndaşlarının Gürcüstana axın etməsi səbəb göstərilir. 

Deputat qeyd edib ki, hökumət bazar ertəsindən etibarən ölkə sərhədlərini bağlamağı planlaşdırır. 

"Bazar ertəsindən Gürcüstan Rusiyadan gələn 18 yaşdan 55 yaşa qədər kişilər üçün sərhədləri bağlayır" deyən Mamulaşvili bu qərarın hələ rəsmi olaraq verilmədiyini vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib