Dərc edilib: 27-09-2022

https://www.nuh.az/32225-.html

Neyropsxioterapevt Nurana Kazımova və Azərbaycan Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin bakanı, psixoloq-Hakan Seyhan tərəfindən psixososial layihə

27.09.2022 08:58:38

Hadisə

Türkiyədə təhsil almış uzman neyropsxioterapevt  Nurana Kazımova və " Azərbaycan  Türkiyə  Gənclərinin  Dostluq  Cəmiyyəti"nin ( TADC )   bakanı, psixoloq-Hakan Seyhan tərəfindən psixososial layihə  həyata keçirilmişdi. 

 

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. 

Tarixən hər zaman Azərbaycanın yanında olan qardaş ölkə Türkiyə  bu gün də müharibədən sonra qazilərimizə dəstək olaraq Türkiyədə təhsil almış uzman neyropsxioterapevt - Nurana Kazımova və TADC-"Türkiye Azərbaycan  Dostluq  Cəmiyyəti"nin  bakanı, psixoloq-Hakan Seyhan tərəfindən psixososial layihəhəyata keçirilmişdi. 

 

2020- ci il 27 Sentyabr Anım günü olaraq  bu gün Füzuli Rayon Horadiz şəhərində  şəhidlər xiyabanında şəhidlərimizi yad etdik. Ardınca Füzuli rayonunda II -ci Qarabağ Qaziləri ilə şəhidlərimizi bir dəqiqəlik sükutla anaraq Azərbaycan və Türkiyə dövlət himni ilə qazilərimizlə səmimi , psixoloji movzuda görüş keçrildi.

2 saatlıq səmimi görüşdə qazilərin müharibə sonrası yaşanılan post- travmatik problemləri haqqında dinlənilərək mütəxəsislər tərəfindən  məsləhətlər  verildi.

Biz bu tarix yazan qəhramanlara dəstək olaraq böyük türk dünyasina sağlam ruhlu qazilərin  imzasinda  öz vəzifə borcumuzu könüllü olaraq  icra etmək vəzifə borcumuzdur.

 

Lahiyəni komanda olaraq irəliyə sürən  keçmiş  Sülhməramli batalyon qoşun komandiri Kazımov Amar İbrahim oğlu, N.Süleymanov adına Mollaməhərrmli kənd tam orta məktəbin direktoru Bəşir Əliyev və həmin məktəbin müharibə iştirakçısı psixoloq- Rəşid Behbidov könüllü olaraq dəstək olmuşlar.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib