Dərc edilib: 14-11-2022

https://www.nuh.az/32693-.html

Ata ilə azyaşlı qızı da terror aktının qurbanı olub - Foto

14.11.2022 11:33:54

Hadisə

Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, dünənki partlayışda həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və 3 yaşlı qızı Ecrin də olub.

Daha sonradan məlum olub ki, Yusuf Meydan Adanada Uşaq Evləri Koordinasiya Mərkəzi İdarəsində çalışıb və ailəsi ilə İstanbula şəxsi məqsədlər üçün gəlib.

Ata və övladının həlak olması Türkiyə mediasında və sosial şəbəkələrdə böyük sarsıntı və üzüntü ilə qarşılanıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib