Dərc edilib: 17-11-2022

https://www.nuh.az/32732-.html

Bakıda çağırışa gedən təcili yardım palçığa batdı - Traktor gəlib çıxardı

17.11.2022 15:27:56

Günün sitatı

Bakıda Qaradağ rayonu ərazisində acınacaqlı yollar vətəndaşların həyatını təhlükəyə atıb. Belə ki, Ələt qəsəbəsindəki Füzuli küçəsində yaşayan sakinlər evlərinə təcili tibbi yardım çağırarkən istəklərinə çata bilmirlər.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan görüntülərdən məlum olur ki, adıçəkilən ərazidə palçıqlı və keçilməz yolların olması təcili yardım maşının çağırış edilən mənzilə gedib çatmasına imkan verməyib.

Dünən axşam saatlarında baş verən hadisə zamanı palçıqda batıb qalan təcili tibbi yardım maşınını traktor oradan çıxara bilib.

Mənzilin təcili yardım gözləyən vətəndaşa isə öz başının çarəsinə baxmaq qalıb.

21-ci əsrdə belə bir yolların olması və vətəndaşların acınacaqlı durumla üzləşməsi Qaradağ rayonundakı rəhbər və məsul şəxslərin nəyə və hara baxması barədə suallar yaradır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib