Dərc edilib: 19-11-2022

https://www.nuh.az/32775-.html

“Dostlarımın cinayətini boynuma alıb həbsə düşdüm” - Video

19.11.2022 11:20:09

İdman

“Qoca ləqəbini daha çox gürcülər istifadə edib. Mənə də bu ləqəblə elə onlar müraciət edirdilər. İlk dəfə dostlarımın etdiyi cinayətləri boynuma alaraq həbsə düşmüşəm. Sonradan onların heç biri qalmadı, yoxa çıxdılar”.

Bu sözləri Qərbi Azərbaycanda dünyaya gələn, “Qoca” ləqəbli 51 yaşlı İmammədin deyib. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olan Qoca öz həyat hekayəsini tanınmış videobloger Nail Kəmərlinin youtub kanalına danışıb. 

Qeyd edək ki, Nail Kəmərli narkotiklərin qanunsuz dövriyyəsi, Bakıda ən çox narkomanların olduğu ərazilərdən silsilə çəkilişlər edir.

“Kriminalqafqaz” “Lotu Bəxtiyara məktub aparan Qocanın türmə həyatı” adlı videonu təqdim edir:

NUH informasiya agentliyi səhifəsindən çap edilib