Dərc edilib: 19-11-2022

https://www.nuh.az/32778-.html

Mariya Dalibaya STOP qoyuldu, Azərbaycandan çıxa bilməz

19.11.2022 12:53:46

Region

Avropa Şurasının ekspertinin Azərbaycana külli miqdarda borcu var - Ölkədən çıxışına “stop” qoyulur

Azərbaycanın biznes məkanında kifayət qədər tanınan Marina Dalibanın ölkədən çıxışına məhdudiyyət qoyula bilər. 
Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi bununla bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edib. 
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. 
Marina Daliba təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Avropa Şurasının insan kapitalı ekspertidir. O uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir. Mediada Marina Dalibanın bir çox sahələrdə çalışanlar üçün təlimlər keçdiyi barədə məlumatlar var. 
Marina Dalibanın külli miqdarda vergi borcunun olduğu iddia edilir. 
 
Məsələ ilə bağlı Marina Dalibanın özü ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Qeyd edək ki, Marina Daliba Latviya vətəndaşıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib