Dərc edilib: 23-11-2022

https://www.nuh.az/32816-.html

Azərbaycanda “Qara cümə” hazırlığı

23.11.2022 08:43:49

Reportaj

Ekspertlər hesab edir ki, qiymətlərin həqiqətən də endirildiyinə nəzarət etmək üçün mexanizm yaradılmalıdır

25 noyabr dünyada və Azərbaycanda “Black Friday”, yəni “Qara cümə” endirim festivalı kimi qeyd olunur. “Black Friday” ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükranlıq bayramından sonrakı cüməyə verilən qeyri-rəsmi addır.

1952-ci ildən həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Lakin bu günə “Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Səbəb kimi həmin gün Filadelfiyada alış-verişə görə nəqliyyatda yaranan tıxaclar və digər çətinliklər göstərilib. “Qara cümə” əsasən 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüyərkən populyarlaşıb. 1975-ci ildən Filadelfiyanın hüdudlarını aşıb.

Qeyd edək ki, 2005-ci ildən etibarən “Qara cümə” ABŞ-da "İlin ən işlək alış-veriş günü" adını alıb. “Black” sözü ingiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, “Black” balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də “Black Friday” şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.

Bəs ilk endirim necə yaranıb?

Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniyada dükanda satıcı köməkçisi işləyən gənc bir oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olanda köməkçisi Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Bütün mallar 5 sent” yazısını qoyur. Bu, ilk endirim idi. Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurub.

Son illər “Qara cümə” Azərbaycanda da reallaşdırılır. Həmin gün mağazalarda, alış-veriş mərkəzlərində, restoranlarda endirim kampaniyaları olur. Bəzən isə hətta 50-70 faiz endirimlərin ediləcəyi barədə elanları da görmək mümkündür.

Qeyd etdiyimiz kimi, ölkəmizdə “Qara cümə”yə maraq var. Ancaq bəzi işbazlar fərqli yola əl atıblar. Belə ki, onlar məhsulların qiymətini məqsədyönlü şəkildə artırırlar. “Qara cümə” günləri isə həmin məhsulu əvvəlki qiymətinə satırlar və bu yolla guya böyük endirimlərin tətbiq edildiyi təəssüratını yaradırlar.

Ekspertlər hesab edir ki, “Qara cümə” günü məhsul qiymətlərinin həqiqətən də endirildiyinə nəzarət etmək üçün mexanizm yaradılmalıdır. “Qara cümə”nin ölkəmizdə də maraqla gözlənildiyini bilən bəzi işbazlar fərqli yola əl atıblar. Belə ki, onlar məhsulların qiymətini məqsədyönlü şəkildə artırırlar. “Qara cümə” günləri isə həmin məhsulu əvvəlki qiymətinə satırlar və bu yolla guya böyük endirimlərin tətbiq edildiyi təəssüratını yaradırlar.

Natiq Cəfərli: "Tahir Kərimli populistlik edir"

Natiq Cəfərli

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkəmizdə “Qara cümə” anlayışı son beş-altı ildir geniş vüsət almağa başlayıb:

“Bu gün ölkəmizdə də bir çox mağazalar, pərakəndə şirkətlər öz mallarını normal günlərə nəzərən "Qara cümə" günü daha ucuz qiymətə müştərilərə təklif edirlər. Lakin Azərbaycanda “Qara cümə” anlayışı Avropa və ABŞ-dan fərqlidir. Belə ki, ölkəmizdə “Qara cümə” öncəsi bəzi işbazlar məqsədyönlü şəkildə məhsulların qiymətini artırır. “Qara cümə” günü isə qiymətlər yenidən ucuzlaşır. Yəni dünyada “Qara cümə” günü qiymətlər ucuzlaşdığı halda Azərbaycanda olduğu kimi qalır. Bu səbəbdən “Qara cümə” günü məhsul qiymətlərinin həqiqətən də endirilməsinə nəzarət etmək üçün bir mexanizm yaradılmalıdır. Avropada və ABŞ-da konkret saytlar var ki, məhsulların normal günlərdəki və “Qara cümə” günü qiymətlərini alıcılara təqdim edir. Yəni bu yolla alıcılar məhsulun qiymətinin nə qədər endirimdə olduğunu təyin edə bilir. Əgər ölkəmizdə də belə bir mexanizmə nail ola bilsək, “Qara cümə” günləri Azərbaycan vətəndaşları üçün də dünyanın hər yerində olduğu kimi, məhsuldar keçə bilər".

İqtisadçı Eyyub Kərimli: “Bazarların sayının az olması qiymət artımına əlavə təzyiqlər göstərir”

Eyyub Kərimli 

İqtisadçı ekspert Eyyub Kərimli isə qeyd etdi ki, əsası Avropa və Amerikada qoyulan “Qara cümə”nin bir neçə hədəfi var:

“Bu hədəflərdən biri əlavə müştəriləri cəlb etmək, satış mərkəzlərində dövriyyənin artırılması, həmçinin tanıtım və reklam marketinq reklam prosesləridir. Məlum məsələdir ki, hazırda dünyanın bir çox ölkələri "Qara cümə" keçirir. Nəticədə endirim kampaniyasında satışlar bir neçə dəfə artır, sahibkarlar xeyli əlavə gəlir əldə edirlər. Hesab edirəm ki, bu ümumilikdə müsbət haldır. Çünki bu, həm sahibkarların gəlirlərinə müsbət təsir edir, həm də istehlakçılar məhsulları endirimli, sərfəli əldə edir.

Sözsüz ki, Azərbaycanda bu təcrübə yeni tətbiq olunmağa başlayıb.  Bəzi işbazlar bundan sui-istifadə edirlər. Belə ki, bəzən satış öncəsi qiymətləri artıraraq süni endirim qiymətləri ilə məhsullarını satır, bununla da  istehlakçıların hüquqlarını pozmuş olurlar. Bu, qanuna ziddir, ona görə də hesab edirəm ki, müəyyən cəzalar tətbiq olunmalıdır.  O ki qaldı nəzarət məsələsinə, hesab edirəm ki, bu məsələ əsasən ictimaiyyət nümayəndələrinə, QHT-lərə, KİV-lərə həvalə edilməli, öncədən monitorinqlər aparılmalıdır.

Əlbəttə ki, dövlətin bu yöndə müvafiq qurumları, o cümlədən İqtisadiyyat Nazirliyinin nəzdində İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Həmin qurumlar süni endirim məsələsinə nəzarət edə bilərlər. Lakin bu, kütləvi hal aldığından hesab edirəm ki, dövlət qurumlarının məsələyə daha ciddi nəzarət etməsi məhduddur. Buna görə də ən yaxşı nəzarətçilər alıcıların özləri ola bilər. Yəni günlər öncə qiymətlərə baxış keçirib, “Qara cümə” günündə endirimlərin nə qədər real olub-olmamasını özləri üçün müəyyənləşdirə, həm də bu haqda KİV-lərə, aidiyyəti qurumlara məlumat verə bilərlər".

Beləliklə, son illər “Qara cümə” çılğınlığı Azərbaycan da daxil olmaqla, Türkiyə, Pakistan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı Misir kimi müsəlman ölkələrində də yayılıb. Lakin müsəlman ölkələrində bu cür bir qlobal alış-veriş kampaniyasının yayılmasını birmənalı qarşılamayan insanlar da var. Din xadimləri bu alış-veriş kampaniyasının müsəlmanların müqəddəs günü sayılan məhz cümə günündə baş tutmasının heç də təsadüfi olmadığını qeyd edir.

Onu da bildirək ki, adını sadaladığımız müsəlman ölkələrində “Qara cümə” kampaniyası baş tutsa da, çox zaman boykot da edilir. Çünki bir çox müsəlmanlar müqəddəs cümə günlərinə “qara cümə” deyilməsini  təhqir sayır. Çünki cümə günü, müsəlmanların həftəlik bayram günü sayılır. Bu münasibətlə müsəlmanlar cümə günü ibadətlərinə daha çox diqqət yetirir.

 

İslama həqarət edən deputata reaksiya gəldi - iki rəy

İlahiyyatçı Emil Rahiloğlu mövzuya bu cür rəy bildirdi: “Mehriban və bağışlayan Allahın adı ilə... Cümə İslam dinində olduqca müqəddəs gündür. Müqəddəs kitabımız Quran-da  xüsusi Cümə surəsi var. Bununla yanaşı, cümə gününün fəzilətləri və necə bərəkətli bir gün olması barəsində çox sayda hədislərimiz mövcuddur. Bu günün müqəddəsliyi bütün müsəlman firqələri üçün birmənalıdır və bütün müsəlmanlar bu günün bərəkət və müqəddəsliyinə rəğmən məscidlərə gedir, xüsusi olaraq cümə namazı qılır,  cümə xütbəsi dinləyir və sair ibadətlər yerinə yetirirlər. Digər tərəfdən, müsəlmanlar bu gün münasibətilə bir-birilərinə təbrik deyir və dua edirlər. Qurani-Kərimin Cümə surəsində müsəlmanlara bu günü məscidlərə getməyi, ibadət etməyi, Zöhrə qədər işləməməyi əmr etmiş və cümə namazındam sonra ruzi ardınca getməyi tövsiyə etmişdir.

O ki qaldı kimlərsə bu günü gözdən salmaq üçün nələrsə edirlərsə, niyyətləri qəlblərində qalacaq. İzzət ancaq Allaha məxsusdur. Allahın müqəddəs bildiyi nəyisə bəndənin ləkələmək qüdrəti sıfırdan da aşağı bir ehtimaldır. Din xadimlərinin də mövzu ilə əlaqədar narahatlıqları və tənqidləri tam yerindədir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib