Dərc edilib: 23-11-2022

https://www.nuh.az/32822-.html

Tutduğu qızıl balığı suya buraxdı....FOTO-VİDEO

23.11.2022 12:54:35

Müsahibə

İngiltərəli balıqçı Endi Hakkett dünyanın ən böyük qızılbalığını tutub.

Bununla bağlı görüntüləri o, özünün sosial şəbəkə hesabından paylaşıb.

Bildirilir ki, narıncı rənginə görə “yerkökü” adlandırılan 30 kq-lıq balıq Fransanın Şampan şəhərindəki Blyuoter gölündə tutulub.

“Mən həmişə “yerkökü”nün orada olduğunu bilirdim, amma onu tutacağımı heç düşünməmişdim”, - deyə 42 yaşlı balıqçı bildirib.

Kidderminster sakini balığı çəkməyə 25 dəqiqə vaxt sərf edib.

“Mənim atdığım yemi götürüb onunla yan-yana, yuxarı-aşağı getməyə başlayanda bunun böyük bir balıq olduğunu anladım. Sonra o, 30-40 yard məsafə üzdü və mən onun narıncı rəngini sezdim. Onu tutmaq gözəl idi, amma həm də bəxtim gətirdi”, - deyə balıqçı bildirib.

O, video və şəkil çəkdirəndən sonra qızılbalığı suya buraxıb. Beləliklə, bu dəfə nağıllardakı kimi insanın deyil, balığın “arzusu reallaşıb”.

 

Mənbə: Gazeta.ru

NUH informasiya agentliyi səhifəsindən çap edilib