Dərc edilib: 23-11-2022

https://www.nuh.az/32824-.html

İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu

23.11.2022 14:11:37

Siyasət

Noyabrın 23-də Prezident İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət Bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Serbiyanın Dövlət Himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib