Dərc edilib: 24-11-2022

https://www.nuh.az/32839-.html

Ermənistanda ilk dəfə Daxili İşlər Nazirliyi yaradılır...

24.11.2022 12:37:16

LIVE

Ermənistan hökuməti ölkədə Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin bu gün keçirilən iclasında qərar verilib.

Məlumata görə, nazirliyin tərkibinə üç qurum -  Polis Xidməti, Xilasetmə Xidməti və Miqrasiya Xidməti daxil ediləcək.

Bununla yanaşı, ölkənin Fövqəladə Hallar Nazirliyinin ləğv ediləcəyi qeyd olunub.

Bununla belə, Ermənistan hökumətinin sözügedən qərarı parlament və ölkə Prezidenti tərəfindən təsdiq olunmalıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib