Dərc edilib: 01-12-2022

https://www.nuh.az/32959-.html

Vardanyan və general Volkovun Qarabağdakı QIZIL biznesi (VİDEO)

01.12.2022 08:26:00

LIVE

“Caliber”: Vardanyan və general Volkovun Qarabağdakı qızıl biznesi (VİDEO)

44 günlük müharibə sonrası imzalanan üçtərəfli bəyanata əsasən Qarabağın bir hissəsində müvəqqəti olaraq Rusiya sülhməramlılarının yerləşməsinə baxmayaraq, Azərbaycan tərəfi həmin ərazilərdə baş verənlərlə bağlı hərtərəfli məlumata malikdir.
Bu barədə "Caliber” layihəsinin "YouTube” kanalında yayımlanan növbəti süjetdə bildirilir.
 
Vurğulanır ki, Azərbaycan bu ərazilərdəki bütün fəaliyyətləri, o cümlədən də qanunsuz hərəkətləri qeydə almaq üçün hər cür texniki imkana malikdir.
Videomaterialda, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasındakı mədəndən qiyməti metalların hasilatının davam etdiyi və əldə olunan sərvətin Laçın yolu ilə Ermənistana daşındığı qeyd olunur.
Daha ətraflı "Caliber”in süjetində: 

NUH informasiya agentliyi səhifəsindən çap edilib