Dərc edilib: 02-12-2022

https://www.nuh.az/32978-.html

Çingiz Abdullayev vəzifəsindən azad edildi

02.12.2022 08:39:26

LIVE

"Neftçi"nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.
Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.
 
Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.
Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib