Dərc edilib: 03-12-2022

https://www.nuh.az/33005-.html

Rusiya sülhməramlılarının komandanı Rusiya MN-ni günahlandırdı - ŞOK

03.12.2022 21:16:40

LIVE

Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq.
 
APA xəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
"Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz", - Volkov qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib