Dərc edilib: 04-12-2022

https://www.nuh.az/33009-.html

Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb - FOTO

04.12.2022 12:04:26

LIVE

Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib