Dərc edilib: 10-12-2022

https://www.nuh.az/33108-.html

Səfər Mehdiyevin yaxın dostunun dövlətə 420 min borcu var

10.12.2022 11:25:57

Region
Azərbaycanın ən böyük transformator zavodunun sahibi olan məşhur iş adamı Talıb Əlixanbəyovun rəhbərlik etdiyi şirkətin dövlətə yarım milyon manata yaxın borcu var.
Qaynarinfo-nun məlumatına görə, "ATEF Şirkətlər Qrupu” MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 419 min 461 manat 81 qəpik vergi borcu yaranıb. 
Bu arada qanuni təmsilçi Emil Əlixanbəyov olan "ATEF Şirkətlər Qrupu” MMC məhkəməyə verilib. 
 
Şirkət gömrük qaydalari əleyhinə olan inzibati xətalar məcəlləsinin 491.3-cü maddəsinin pozulmasına görə cərimə olunub. 
İşə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, XM 491.3-cü maddəsinə görə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, "ATEF Şirkətlər Qrupu” MMC 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz  Transformatorlar Zavodunun bazasında yaradılıb. 1998-ci ildə özəlləşdirlən şirkət 20 avqust 2009-cu ildə MMC kimi qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 33 892 585 AZN-dir. Hüquqi ünvanı Əmircan qəsəbində yerləşir. Qanuni təmsilçisi isə Əlixanbəyov Emil Talıb oğludur. "ATEF Şirkətlər Qrupu” MMC-nin Müşahidə Şurasının sədri də Talıb Əlixanbəyovdur. Mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlara görə, Talıb Əlixanbəyov Dövlət Gömrük komitəsinin sabiq sədri Səfər Mehdiyevin yaxın dostudur.
Əhməd

NUH informasiya agentliyi səhifəsindən çap edilib