Dərc edilib: 17-12-2022

https://www.nuh.az/33214-.html

Tədris-terapevtik Klinikasının böyük miqdarda borcu yaranıb

17.12.2022 09:48:23

Kriminal

Tibb Universitetinin Tədris-terapevtik Klinikasının dövlətə böyük miqdarda vergi borcu yaranıb.

“Qafqazinfo”nun məlumatına görə, Klinika rəhbərliyi bir müddətdir yığılmış borcları ödəmədiyi üçün Dövlət Vergi Xidməti məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsi iddianı icraata götürüb. Məlum olub ki, Tədris-terapevtik Klinikasının dövlətə 20 min manat vergi borcu var.

Borc ödənilmədiyi təqdirdə Klinikanın direktoru Surxay Musyavevin ölkədən çıxışına məhdudiyyət qoyulacaq. Qeyd edək ki, S.Musayev professor, "əməkdar həkim" və əməkdar elm xadimidir. O, 2010-cu ildən Tədris-terapevtik Klinikasının direktorudur.

Fotoda: Surxay Musayev 

Amin Nəzərli

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib