Dərc edilib: 12-01-2023

https://www.nuh.az/33584-.html

Məzahir Pənahov bir həftədə 2 oğluna dəbdəbəli toy etdi

12.01.2023 14:40:16

İdman

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oğullarına toy edib.

  Manset.az   xəbər verir ki, MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib. Belə ki, M. Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova “Buta Palace”da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova “Fairmont” hoteldə dəbdəbəli toy edib. Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.

Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə ediblər. 

MSK sədri Məzahir Pənahov sayta açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib