Dərc edilib: 14-01-2023

https://www.nuh.az/33605-.html

Ranke tarixi uydurmalardan necə təmizlədi?

14.01.2023 15:06:59

Mədəniyyət

Orta əsr universitetində cəmi 4 fakültə olub: teologiya, tibb, hüquq və fəlsəfə.

XIX əsrdə fəlsəfə fakültəsi iki fakültəyə bölünürdü: “təbiət elmləri” və digər fənlərin öyrənildiyi humanitar fakültə. Beləliklə iki mədəniyyət yarandı. Bu iki mədəniyyət bir-biriləri ilə vuruşmağa başladılar. Bunların hər biri israr edirdi ki, məhz onların metodları biliklərin əldə olunması üçün yaxşıdır. Təbiət elmlərinin tərəfdarları daha çox emprik tədqiqatlara hipotezaların yoxlanmasına üstünlük verirdilər. Humanitarlar isə hesab edirdilər ki, nəsnələrin mahiyyətinə intuitiv nüfuz etməlklə biliklər qazanmaq olar. Bir zamanlar bütün elmlər fəlsəfənin tərkibində idi. Əslində, heç bir elm yox idi, yalnız fəlsəfə vardı və ilk filosofları müdriklər adlandırırdılar. Öz zəmanələri üçün onlar riyaziyyat, fizika, astronomiya sahələrində xeyli biliyə malik idilər, o cümlədən, fəlsəfə ilə də məşğul olurdular. Konkret biliklər artdıqca onları bir başda saxlamaq qeyri-mümkün oldu. Nəticədə elmlər fəlsəfədən ayrılmağa başladılar. Fizika və riyaziyyat, həmçinin həndəsə ilk müstəqil elmlər oldu. Yeni dövrdə biologiya və kimya müstəqil elmlər kimi meydana gəldi. Bu proses XX əsrə qədər davam etmişdi. Fizikin, yaxud bioloqun diplomunda “Fəlsəfə doktoru” sözləri yazılır, halbuki onların artıq fəlsəfə ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, bu, həmin elmlərin uzun illər fəlsəfənin tərkibində olmasını xatırlatmaqdır. Bir çox filosflar belə ayrılığın tərəfdarı oldular.

XIX əsrdə təbiət elmlərinin fakültələrinin ayrı-ayrı sahalərə ayırlması baş verdi. Fizika, kimya, geologiya, astronomiya, zoologiya riyaziyyat və digər elmlər yarandı. Humanistika isə fəlsəfəyə, klassik dillərə, tarix, incəsənət, musiqişünaslıq, milli dillər və əbiyyata şaxələndi. Ən mürəkkəb durumda isə sosiala münasibətlər haqqında elmlər düşdü. Böyük Fransız İnqilabı göstərdi ki, belə tədqiatlar da labüddür. İnqilabın yaydığı ideya bu oldu ki, siyasi dəyişikliklər təbii və davamlı xarakter daşımalıdır. Böyük fransız filosofu Oqyust Kont sübut etdi ki, cəmyyət də təbiət kimi dəyişməz qanunlara tabedir və "sosiologiya" sözünü düşündü. O, sosiologiyanı pozitiv elm kimi gördü. Əvvəlcə “sosial fizika” terminini işlətdi. Sonra isə cəmiyyəti öyrənən elm "Sosiologiya" adlandırıldı.

Bəs ictimai elmlər nədir?

Bu elm iki mədəniyyətin müharibəsində hansı mövqedə durur? Əvvəlcə elə düşünürdülər ki, ictimai elmlər təmiz elmlə humanitar elmlərin arasında dayanır. Lakin bu komfort yer deyildi. Ən qədim ictimai elm, əlbəttə ki, tarixdir: min illərdir ki, insanlar öz tarixlərini öyrənirlər. XIX əsrdə tarix elmində inqilab baş verdi. Bu Leopold fon Rankenin adı ilə bağlıdır. Onun yürütdüyü prinsipə görə tarixi “həqiqətdə nə baş vermişdi kimi” təsvir etmək lazımdır. O, monarxları və ölkələri mədh edən, nağıllar quraşdıran tarixçilərə qarşı çıxdı. Ranke tarixi spekulyasiyalar və təmsillərdən imtina etməyə cəhd edərək bu sahəni ciddi elmə çevirməyə çağırş etdi. O, tarixin təsviri üçün öz metodikasını təklif ortaya qoydu. Alman tarixçisi hesab edirdi ki, tarixi müxtəlif dövrlərin hadisələrini əks etdirən sənədlər üzrə öyrənmək lazımdır. Sonra bu sənədlər bir yerdə toplanmalıdır və buna biz arxiv deyirik.

Etibar Əliyev,

millət vəkili

NUH informasiya agentliyi səhifəsindən çap edilib