Dərc edilib: 19-01-2023

https://www.nuh.az/33654-.html

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı

19.01.2023 13:04:21

Reportaj

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün o, təhvil-təslim etməlidir.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildiriblər ki, V. Cənnətov əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq yanvarın 19-da tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, V. Cənnətov keçmiş mədəniyyət naziri Anar Kərimovun istintaqa cəlb olunmuş müavini Elnur Əliyevin yaxın qohumudur. V. Cənnətov 2021-ci ilin yanvarından bu vəzifədə çalışırdı. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib