Dərc edilib: 19-01-2023

https://www.nuh.az/33656-.html

Baş nazir yorğun olduğunu deyib istefa verdi - Kaş bizim də belə Baş ...

19.01.2023 14:06:41

İqtisadiyyat

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern gözlənilmədən istefa verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Deutsche Welle” portalı yayıb. 

Siyasətçinin sözlərinə görə, artıq ölkəni idarə etməyə gücü yoxdur. Ardern fevralın 7-dən gec olmayaraq vəzifəsini tərk edəcəyini bildirib. 

42 yaşlı Ardern mətbuat konfransında qeyd edib ki, Baş nazir olduğu 6 il onun üçün ağır dövr olub. O, yeni seçkilərdə namizədliyini irəli sürməyəcəyini də əlavə edib. 

Siyasətçi vəzifədən getdikdən sonra zamanını 4 yaşlı qızı ilə keçirməyi və 2013-cü ildən münasibətdə olduğu Klark Qeyford ilə ailə həyatı qurmağı planlaşdırır. 

Xatırladaq ki, 2018-ci ilin iyununda cütlüyün Niv adlı qızı dünyaya gəlib. Ardern və Qeyford 2019-cu ildə nişanlanıb.

Qeyd edək ki, Casinda Ardern Baş nazir olduğu dövrdə Yeni Zelandiya Kraysçörçdə terror aktlarına, ölkədə zəlzələ, siyasi və iqtisadi böhranlar və koronavirus pandemiyası kimi hadisələrə şahidlik edib.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib