Dərc edilib: 20-01-2023

https://www.nuh.az/33666-.html

Kəmaləddin Heydərovun oğlunun məktəbində təhsil haqqı 10000...

20.01.2023 18:32:13

İqtisadiyyat

Dövlət Miqrasiya Xidməti Böyük Britaniya vətəndaşı olan Rebakka Koatesə Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib.

Rebakka Koates Bakıda Avropa Azərbaycan Məktəbində işləyib. İbtidai sinif müəllimi olan Rebakka Koatesin bu ilin avqust ayında Azərbaycana gəldiyi bildirilir. Daha əvvəl Çində və Özbəkistanda işləyən Rebakka Koatesin iş icazəsinin hansı səbəbdən ləğv olunduğu barədə məlumat verilmir. Məlumat üçün bildirək ki, Avropa Azərbaycan Məktəbinin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Bu məktəbdə illik təhsil haqqının 10 min manatdan yüksək olduğu bildirilir.//Yeniavaz.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib