Dərc edilib: 23-01-2023

https://www.nuh.az/33698-.html

Generalın oğlu məhkəməyə verildi, ölkədən çıxışına stop qoyula bilər

23.01.2023 23:07:41

Cəmiyyət

 

Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına "stop” qoyula bilər. 

Qaynarinfo-nun məlumatına görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəmənin ilkin instansiyası qərar qəbul edib.
Bundan sonra Vüqar Nağıyev işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 
Apardığımız araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.
 
Qeyd edək ki, general oğlunun adı 2020-ci ildə koronavirus (COVID-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrə әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında yer alır. 
***
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Vüqar Nağıyev məhkəmə qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət etdiyini təsdiqləyib. V.Nağıyev məhkəmənin qərarı ilə razı olmadığını bildirib: "Bu hələ yekun qərar deyil, məhkəmə prosesi davam edir deyə, ölkədən çıxışıma da heç bir məhdudiyyət yoxdur."

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib