Dərc edilib: 03-02-2023

https://www.nuh.az/33787-.html

Macarıstan XİN başçısı Azərbaycana gəldi

03.02.2023 11:16:33

LIVE

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycana gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı sosial media hesabında məlumat verib.

O bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlib:

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Xəzər dənizi vasitəsilə elektrik xəttinin çəkilməsi ilə maraqlanan nazirlər Bakıda toplaşacaq. Cənub-Şərqi Avropadan olan həmkarlarımız da burada olacaqlar. Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik. Azərbaycandan daha çox təbii qazın alınması Mərkəzi Avropada yeni təbii qaz mənbələri baxımından ən real ssenaridir".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib