Dərc edilib: 03-03-2023

https://www.nuh.az/33991-.html

KEÇMİŞİ BU GÜNƏ DAŞIYIB-YAŞAMAQ.. İndi QƏHRƏMANLAR YARANMIR

03.03.2023 22:50:18

Mədəniyyət

Şair Kəramət Kəramət yazır. 
KEÇMİŞİ BU GÜNƏ DAŞIYIB-YAŞAMAQ..
İNDİ QƏHRƏMANLAR YARANMIR
APARICI OBRAZ YOXDU ƏDƏBİYYATDA
....çünki o-na ehtiyac yoxdu.
Qəhrəmanlar, hər anlamda, ehtiyacdan yaranırr.
Deməli, O-nu şərait-mühit yaradır, o mühitin şərtləri bitmiş...nə zamanmı?...
köləlik, quldarlıq bitən dövrdə. Biz hələ də bütün sahələrdə favori, lider, qəhrəman, tamada, dünya gözəli arayırıq..hətta fəhlə-kəndli hökuməti-sosializm dönəmində də...qalmışıq..
əslindı kölə zehniyyətimiz orda qalıb .
Nizaminin ata-anasının kasıb (fəhlə-kəndli), Aşıq Ələsgərin savadsız (folklorla yazılı ədəbi sistemin nə olduğunu bilməmək qədər) olduğu nadanlığını yaşayırıq.
FÜZULİ NƏ QƏDƏR FOLKLORU BİLMİRDİSƏ AŞIQ ƏLƏSGƏR DƏ O QƏDƏR YAZILI ƏDƏBİYYATI BİLMİRDİ..
.ikisini biri-birinə niyə qarışdırır, müqayisə edir, qarşı-qarşıya qoyuruq? İkisi də eyni ədəbi məxrəcdədi. Amma zamanın, hər dövrün özünə uyğun "təhsil sistemi" var..
burda dərindən nəfəs almaq istəyirəm. Yolumuz uzun.
Oturub sizi kiminsə xilas edəcəyini, göydən üç alma düşəcəyini , kraliçaya bir kasıb cəngavərin sahib olacağınımı gözləyirsiz, gözləməyin.
Hətta kəlmələr, xitablar, bənzətmələr dəyişir..o qədər işlənir ki, işləkliyini-"əmək qabiliyyətini"-ifadısini itirir..."Yar", "Sevgilim", "Gül"..indilərdə "İlahi", "Tanrı", "Qadın", "Adam"...sonuncuların rus-avropa, əvvəlkilərin də ərəb-far mənşəli olduğunu deyə bilərəm, əsasən....Vəzifəm yoxdu deyibən sözüm keçmirmi...bir az güləkmi?
Zarafatsız sözlər də işləkliyini ititrir, tezizlər də, yanaşma tərzləri də.
Deməli, bu TC-dəki zəlzələyə 41 ölkədən xilasedicilər, yardımsevərlər gəlib. Yapon çadırının üstünə yazılıb "SATILAMAZ".
Amma Türkiyə "Qızıl Ay"ı çadır satıb bu faciədə ..onun davası gedir..sözüm onda deyil..həm də müzakirə ounur ki, niyə dənətlənməyib-yoxlanılmayıb. Yapon arkadaş anlamayıb ki, nəyi, niyə dənətləmək- yoxlamaq gərək? Yəni adama niyə nəzarət , adamsa əlbəttə.
ADAMA NƏZARƏTİ ADAMAI ALÇALTMAQ KİMİ ANLAYIB,
bu gerizəkalı yapon...harda-harda dünya liderinin yenə də "Millətim məni əfv et" dediyi sıralarda...
Gör hardan-hara gəldim...Söz özü özünə nəzarət etməli, tənzimləməli, vaxtın havasıyla yaşamalı..dolmalı, aktuallığını itirməməli.
Sözlərə o qədər pafos "kaçatlamısız" ki, içiboş...
"Göstərən saətdə dövrani-fələk bir inqilab
Həm özü fani olur, həm leşgəri, həm kişvəri" (Füzuli )
(deyəsən, nəyisə səhv yazdım axı)

NUH informasiya agentliyi səhifəsindən çap edilib