Dərc edilib: 11-03-2023

https://www.nuh.az/34071-.html

Bravoda cinayət törətmiş şəxsi evində gizlədən trans DANIŞDI- VİDEO

11.03.2023 11:06:13

Maraqlı

Xəbər verdiyimiz kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri Ruhlan İsmayılov Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.Əməliyyat tədbiri zamanı o, polisə silahlı müqavimət göstərən zaman məhv edilib.Dünən sosial mediada yayılan məlumata görə hadisəni tərədən şəxslərin Sahra ləqəbli cinsi azlıq nümayəndəsi, Transgender qadının evində gizlənməsi iddia edilib.Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu səbəbdən Səhra adlı transseksualın da həbs edildiyi iddia edilib.

 Oxu24.com-a açıqlama verən "Sahra" bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur."Hadisə mən yaşayan evin yaxınlığında baş verib.Amma mənim o şəxslərlər heç bir tanışlığım,əlaqəm olmayıb.Mən hazırda evimdəyəm", - deyə o bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib