Dərc edilib: 15-03-2023

https://www.nuh.az/34110-.html

Zaur Mirzəzadə azadlığa buraxıldı

15.03.2023 22:42:48

Cəmiyyət

1 ilə yaxındır həbsdə olan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri​ Zaur Mirzəzadə azadlığa buraxılıb.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Kamran Musayev məlumat verib. Müdafiəçi bildirib ki, bu gün Bakı Apellyasiya məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar dəyişdirilib. Məhkum barəsində dövlət ittihamçısının protesti rədd olunub. Zaur Mirzəzadəyə bəraət verilib və o məhkəmə zalından birbaşa azad edilib.

 
Qeyd edək ki, Z.Mirzəzadə dələduzluq ittihamı ilə həbs edilmişdi. O, "bakutime.az", "xalq.az" saytlarının da rəhbəri olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib