Dərc edilib: 17-03-2023

https://www.nuh.az/34128-.html

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verdi

17.03.2023 21:37:18

VİDEO

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.

“Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, ötən il NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumdan sonra Finlandiya öhdəlikləri üzrə səmimi və konkret addımlar atıb.

Hazırda Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib