Dərc edilib: 10-01-2016

https://www.nuh.az/7050-.html

Bakıda universitet rektoruna qarşı cinayət - milyona yaxın pul oğurlandı

10.01.2016 14:38:54

Cəmiyyət

 

Bakıda rektora  qarşı müdhiş cinayət törədilib. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin iş otağı qarət olunub. 

 Criminal.az-a daxil olan eksklüziv məlumata görə, ötən gecə naməlum şəxslər rektorun otağına girərək  150 kiloqramlı seyfi oğurlayıblar. Seyfin içərisində 700 min manat məbləğində pul olub. Məsələ ilə bağlı Nərimanov rayon Polis İdrəsindən tutarlı məlumat əldə etmək mümkün olmadı. Polis faktı nə təsdiq, nə təkzib etdi. Əhməd Vəliyev Criminal.az-a ilk olaraq bildirdi ki, elə bir hadisə olmayıb. Onun sözlərinə görə, otağından heç bir oğurluq hadisəsi baş verməyib: "Mənim o qədər pulum hardandır. 700 min manatım olsa gedib gəzərdim". Daha sonra rektor əlavə etdi ki, belə bir hadisənin olmasından xəbərsizdir: "Hansısa cinayətin törədilməsi barədə məlumatım yoxdur. Burda deyildim, olubsa da xəbərzisəm. Amma elə bir hadisə olsaydı mənə xəbər verərdilər".  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib