Dərc edilib: 11-01-2016

https://www.nuh.az/7065-.html

Azərbaycan Təhsil Şurası beynəlxalq konfransa hazırlaşır

11.01.2016 21:05:38

Cəmiyyət

 

Bu barədə Bizimxeber.az-a Təhsil Şurasının katibi, mətbuat və ictimaiyyətlə əlaqə mərkəzinin rəhbəri Böyükağa Mikayıllı verib.

Onun sözlərinə görə, “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda ikinci beynəlxalq elmi-təcrübi konfrans Ukraynanın Lvov şəhərində Lvov Vilayət Təhsil İdarəsi ilə birgə keçiriləcək.B.Mikayıllının sözlərinə görə, konfrans Azərbaycan müəllimlərinin, təhsil işçilərinin və alimlərin Ukraynanın ümumtəhsil  sistemindəki yeniliklərlə, islahatların, məktəbdə təlim prosesinin gedişi ilə tanış olması,  eyni zamanda, Azərbaycan təhsilinin müasir tendensiyalarını Ukraynanın təhsil ictimaiyyətinə çatdırılması məqsədi daşıyır.Konfrans çərçivəsində Azərbaycanlı nümayəndələr Lvov vilayətinin iki şəhər, iki kənd məktəbinin, eləcə də İvan Franko adına Lvov Dövlət Universitetinin pedaqoji fakültəsinin fəaliyyəti ilə tanış olacaqlar. Konfrans çərçivəsində, eyni zamanda, Vilayətin bir neçə məktəbi ilə Azərbaycan məktəblərinin əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulur.Qeyd edək ki, Azərbaycan Təhsil Şurası eyni mövzuda birinci beynəlxalq elmi-təcrübi konfransı ötən il Gürcüstanda keçirmişdir.  Bizimxeber.az

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib