Dərc edilib: 14-01-2016

https://www.nuh.az/7076-.html

Cəbrayılın deputatı: "İnsanları təhqir etmək olmaz"

14.01.2016 12:49:17

Cəmiyyət

Son bir neçə gündə Azərbaycanın bəzi rayonlarında bahalaşma əleyhinə etiraz aksiyaları keçirilib.

Etirazçılar yerli icra qurumlarından əsasən süni qiymət artımları ilə bağlı izahat istəyirlər. Bir sıra rayonların icra başçıları etirazçıları qəbul edərək, onlarla danışıb məsələni həll etməyə çalışsa da, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev əksinə davranıb. O, etirazçıları təhqir etməklə yanaşı, polislərə onları tutmağı əmr edib. İcra başçısının davranışlarını əks etdirən video sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirə mövzusuna çevrilib.Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev Modern.az-a açıqlamasında bildirib ki, icra başçısı təmkinli olmalıydı.“Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqri etmək olmaz. İnsanlarla davranışda heç olmazsa cənab Prezidentə baxıb nümunə götürməlidirlər”.  Aytən ZƏHRA

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib