Dərc edilib: 14-01-2016

https://www.nuh.az/7077-.html

Lənkəran Humanitar Kollecində rüşvət faktı araşdırılır – Siyahı

14.01.2016 12:56:49

Cəmiyyət


Lənkəran Ziyalılar Cəmiyyətinin üzvü Faiq Əsədov redaksiyaya göndərdiyi müraciətində Lənkəran Dövlət Humanitar Kollecində rüşvətxorluqdan yazıb.

 

Onun sözlərinə görə, kollecdə vəzifə səlahiyyətlərindən istifadə halları çoxalıb. F.Əsədov bildirib ki, kollecin direktoru bir qrup adamla əlbir olaraq tələbələrdən pul toplayır.Müraciət müəllifi iddia edib ki, direktor müavini Aysel xanımın əli ilə qrup rəhbərlərindən pul yığdırır. Məktubu təqdim edirik: “Ruslan Həmidov Astaranın Maşgin kəndindəndir. Eyni zamanda R.Həmidov üçün müəllimlərdən rüşvət yığır, tələbələri və müəllimləri qanuna zidd hərəkətlərə məcbur edirlər.Kollecin təsərrüfat müdiri M.Mahmudov orta ixtisaslı 70 yaşı olmaqla nə səbəbdənsə kollecdə hələ də hökmranlıq edirlər. Halbuki, cənab prezidentin sərəncamı var ki, 65 yaşı tamam olmuş bütün işçilər işdən azad olunmalıdır.Müavini Ülviyyə 1 həftəyə 50 manat, 15 günə 100 manat, 1 aya 200 manat icazə verir. Tələbələr Rusiyadadir. Aysel 1 keditə 30 manat, 3 kreditdən 100 manat alır. Qiyabi şöbə müdüri Xuraman “qaz vurub qazan doldurur”. 1 tələbədən sessiyaya 300- 500 manat alır.Kollecin məsul katibi Mübariz musiqi şöbəsinin müəllimi II turda abituriyentlərdən 4.000-7.000 məbləğində rüşvət alaraq Ruslana verib. Kadrlar şöbəsinin müdiri Vüsalə orta ixtisas təhsillidir. Kitabxana müdiri və işçiləri orta ixtisas təhsillidir. İxtisasa uyğun işləmirlər. İnşaat mühəndisliyi bitirən İlqar MMQ rəisi işləyir. Dərs bölgüləri düzgün aparılmır.R. Həmidov kollecdə tam ştatda vəzifədə işləməklə LDU-də müəllim işləyir. Bu qanuna ziddir. Hər uşaq fond pulu ayda 1 manat tələbə bileti üçün 50 manat yığılır. Ruslanın tapşırığı ilə bu işə Ülviyyə, Maya, Xuraman, Fikrət və Aysel rəhbərlik edir. Lənkəran Dövlət Universitetinin Təsərrüfat müdiri, Lənkəran Dövlət Humanitar Kollecin direktorluğu vəzifəsini ələ keçirtdi. Kollecin baş mühasibi Azadə ilə birləşərək xüsusi vəsaitdən 180.000 manat mənimsəyiblər.Belə ki, 140.000 manat pulu xususi vəsaitdən təyinatsız köhnə binanın təmirinə xərcləyərək üst ağartma işləri görmüş, musiqi şöbəsində isə pəncərə və dam örtüyünü dəyişmişdir. Dövlət büdcəsindən 24.000 manat pulu ancaq dəftərxana ləvazimatına 1 gündə xərcləmişdir. Eyni zamanda özü üçün kollecin 2-ci mərtəbəsində xüsusi otaq və arxada kef etmək üçün əxlaqsızlıq otağı düzəltmiş, katibəsi Ülkər və müavini Aysellə saat 5-dən sonra viski içməklə günlərini keçirdir. Kollecdə bufeti özü üçün gəlir mənbəyinə çevirmiş və qeydiyyata salmamışdır.R.Həmidov Lənkəran rayonunun Haftoni qəsəbəsində işçisi N.Axundovla bir yerdə 3 hektara yaxın torpaq sahəsində özü üçün villa, şadlıq evi, istirahət pansiniyatı tikdirir. 2 ilə yaxındır ki direkor işləyən R.Həmidov bu tikintiyə 700.000 manatdan çox pul qoymuşdur. Tikintiyə rəhbərlik işçisi Nadir Axundov edir. Şəhərin mikrorayon və mərkəzində, Sutəmurdov kəndində evlər və maqazinlər alan R.Həmidov dövlət vəsaitini ancaq öz cibinə xərcləyir.Şəhərin mərkəzində 580kvm olan Çalçıraq maqazini var. Həyətində Range Rover markalı maşın və Hundayı var. R.Həmidov LDU-dada çox işlər törətmişdir.Ötən illərdə təhsil ocağına ayrılmış 480.000 manat LDU-nun rektoru A.İskəndərov və təsərrüfat işləri üzrə müdiri işləmiş Ruslan Həmidov tərəfindən sirrə qədəm basıb. Belə ki, universitetin korpuslarının təmir edilməsinə ayrılmış 49996.2manat pulun nəyə xərclənməsi məlum deyil.“Şəhər İnşaat” MMC(“Şəhər İnşaat” MMC Ruslan Həmidova məxsusdur) tərəfindən həyata keçirildiyi sənədləşdirilən bu işlərlə yanaşı universitetin 2 saylı tədris korpusunda abadlıq işlərinin satın alınması üçün də ayrılmş 58924.3 manatın da aqibəti bəlli deyil.LDU –ya sair maşın və avadanlıqların satın alınması üçün ayrılmış 149753.8manat da təyinatı üzrə xərclənməyib. Həmin pulun böyük qismini rektor A.İskəndərov və təssarüfat müdiri R.Həmidov öz məqsədləri üçün istifadə edildiyi aşkarlanıb.Bundan başqa sair xərclər maddəsi üzrə 31204 manatın; Yumşaq invertarların satın alınması üzrə 49212 manatın; Digər alışlar və xidmətlərin satın alınması üzrə 14764.25 manatın; Avadanlıqların satın alınması üzrə 48098 manatın; İdarə digər xərcləri maddəsi üzrə malların ( işlərin və xidmətlərin) satın alınması üzrə 16798.5 manatın; Mətbəə xidmətlərin satın alınması üzrə 11902 manatın; Dəftərxana ləvazimatlarının satın alınması üzrə 46792 manatın da sənədləşdirildiyi halda…. aqibətindən xəbər yoxdur. 2005-2006cı illərdə Hesablama palatasının LDU-da yoxlaması zamanı R.Həmidov tərəfindən 1.000.000 manat yeyildiyi və onun təşkil etdiyi MMC vasitəsi ilə mənimsədiyi aşkar olunub. FAKT: Lənkəran şəhəri Fizuli küçəsində yerləşən əvvəllər fəaliyyət göstərən Lənkəran Savxoz Texnikumuna məxsus tikili tamamlanıb istifadəyə verilmək üçün LDU-nun balansına köçürülmüşdür. Rektor A.İskəndərov təssərüfat müdiri R.Həmidovla birləşərək yarımçıq tikilinin panellərini (hər birini 350 manatdan) , mişar daşlarını , karkazlarını, armaturlarını, xülasə bütün materiallarını sataraq ciblərinə qoymuşlar. LDU –nun balansında olan yola yaxın torpaq sahəsinin bir qisminidə iş adamlarına pul muqabilində dükan yeri kimi istifadəyə vermişlər. FAKT-Maliyyə Nazirliyinin 3 dəfəyə apardığı yoxlama nəticəsində dağıdılan dövlət əmlakının 165000 manatı büdcəyə qaytarılıb.Ancaq nədənsə bu pulların qaytarılmasına nail olan komissiya rektor və təssərufat müdiri haqqında cinayət işinin başlanması üçün təqdimat yazmır Bizə kömək edin”.Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib