Dərc edilib: 15-01-2016

https://www.nuh.az/7082-.html

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

15.01.2016 11:31:31

Cəmiyyət

 

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin saxlanılmasının bəzi təfərrüatları məlum olub.

Məlumatlara görə etirazçıların fəallaşmasında Şakir Hacıyevin xüsusi rolu olub, o, aksiyanın təşkilində yaxından iştirak edib.

Buna səbəb isə işdən çıxarılması olmuş, icra hakimindən “qisas” almaq məqsədilə gərginliyin yaranmasında maraqlı tərəf kimi çıxış etmişdir.

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb.

Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Salmanov Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib