Dərc edilib: 29-01-2016

https://www.nuh.az/7154-.html

Daşkəsəndə çıxarılan dəmir filizinin Gurcüstan sirri – ŞOK FAKTLAR

29.01.2016 19:33:07

Cəmiyyət
Bizimxeber

Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru filizi Gürcüstandakı ofşor şirkətə niyə ucuz satır?

Azərbaycanda büdcəsinin formalaşmasında əsas rol oynayan qara qızılın qiymətinin gözləniləmədən düşməsi ölkədə ciddi prosseslərin başlamasına start verdi.  Aksiyalar, süni qiymət qalxmaları, bankların fəaliyyətinin dayanması və sairə. 

Nəticədə qeyri neft sektorunun inkişafı üçün illərdi ayrılan vəsaitin qismən nəzarətsiz xərclənməsi, zavod, fabrik və şirkətlərin çətin durumda dövlətə dəstək olmasının mümkünsüzlüyü ortaya çıxdı… Bəlli oldu ki, qeyri neft sektoru heç də ölkəni çətin durumdan çıxarmaq gücündə deyil. 

Dərhal prezident ilham Əliyev əlavə və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün göstərişlər verdi. Çıxış yolu aramaq üçün daha ciddi prosesslər başladı və indi də davam edir.

Elə isə, Azərbaycanın xarici ölkələrdə satılan məhsulları, təbii ehtiyyatlarının gətirməli olduğu milyonlar hardadır? Onlar kimlərin cibinə axır?

Bizimxeber.az-a əhbərliyi ilə bağlı ciddi məlumat daxil olub. Məlumatda qeyd olunur ki, DaşkəsənFilizsaflaşdırma Kombinatının direktoru Ələddin Sadıqovla rayon icra başçısı Əhəd Abıyev qarşılıqlı “əməkdaşlıq” çərçivəsində işləyirlər. 

İddia olunur ki, Ələddin Sadıqov Daşkəsən Filizsaflaşdırma Kombinatı vasitəsi ilə külli miqdarda pullar yoxa çıxır. 

 Belə ki, gün ərzində 15 vaqon və hər biri 60-70 ton olmaqla təxminən 1000 ton dəmir filizi Daşkəsəndən Gürcüstana yola salınır. Həmin məhsullar Gürcüstandakı bir ofşor şirkətinə qəsdən qiyməti azaldılmış şəkildə, dünya bazarı qiymətindən təxminən 3 dəfə ucuz satılır.  Gurcustanda dəmir filizini qəbul edən şirkət isə ucuz aldığı filizi Çinə 3 dəfə baha satır.

 Qeyd olunur ki, Gürcüstanda fəaliyyət göstərən şirkətə rəhbərliyi  Daşkəsən FilizsaflaşdırmaKombinatının direktoru Ələddin Sadıqov nəzarət edir. Bu yolla yuxarıda adıkeçən şəxs külli miqdarda pul qazanırlar. Hətta Əhəd Abıyevin də bu şirkətlə əlaqərələrinin olması qeyd olunur.

Elə buna görədir ki, Ələddin Sadıqovun bahalı avtomobillərinin, villalarının sayı günbəgün artır. Maraqlıdır ki, ayda direktor olduğu üçün 900 manat əmək haqqı alan Ələddin Sadıqov bahalı avtomobilləri və villaları hansı pulla alır?

Baş Prokurorluq və aidiyyatı qurumlar bu faktı ciddi şəkildə araşdırmalıdırlar. Söhbət dovlətin təbii ehtiyatlarının hara və hansı qiymətə satılmasından gedir.

Ağır vəziyyətdə olan dövlətin indiki vəziyyətdə satdığı və aldığı məhsulların qiymətinə nəzarət olunmalıdır. Bunu dəfələrlə ölkə başçısı İlham Əliyev də xatərladıb. Hər kəs aldğı və satdığı məhsulun qiymətinə nıəzaərət etməli, dövlətin büdcəsinə xeyir gətirən formada addım atmalıdır.

İlkin
Bizimxeber.az  

 

NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib