Dərc edilib: 01-02-2016

https://www.nuh.az/7163-.html

Lənkəran Dövlət Humanitar Kollecində nələr baş vermir? – ŞOK FAKTLAR

01.02.2016 10:53:27

Cəmiyyət

 

Bizimxeber.az-ın elektron ünvanına Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun əməlləri ilə bağlı daha bir maraqlı məlumat daxil olub.

 

Məlumatda qeyd olunur ki, direktorun göstərişi ilə tələbələr kəsirdə saxlanınlır və bu yolla onlardan onlarda pul tələb olunur. Daha sonra əlaltıları olan musiqi şöbəsində çalışan Gunay İsgəndərova, Xuraman Ələkbərova və müavin Aysel Mehdiyeva işə qarışır və kəsr imtahanlarını 50 manata yazdırırlar.Müraciətdə qeyd olunur ki, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidovun bu günki fəaliyyətində korrupsiya faktları var. Ruslan Həmidov bu təhsil ocağını bazara, kimlərinsə gəlir mənbəyinə cevirib. Kollecdə bufet anti-sanitariya qaydasındadır.Ruslan bufeti vergilərdən gizlədir və hər ay bufetdə Aga adlı şəxsdən 300 manat haqq alır. Bufet hec yerdə qeydiyyatda deyil. Kollecin budcəsi təyinatı üzrə düzgun bölunmur. Vəsaitlər kiminsə cibinə xidmət edir. Bu yaxınlarda bir gunə sildiyi 12.000 manat dəftərxanə ləvazimatından hec kim faydalanmayıb.Direktor Ruslan kollecin musiqi şöbəsinin müdiri Fikrət adlı şəxslə birləşərək 86.000 manat pulu guya şöbənin təmirinə sərf etmiş və işə götürdüyü qohumu meyxanacı Natiqin əli ilə xərcləmişdir. O hazırda russiyadadır. Tələbələrin təqaudləri, müəllimlərin maaşları düzgün hesablanmır.Kollecin İngilis dili müəlləmi Aysel Mehdiyevanı heç bir rəhbərlik təcrübəsi olmadan kollecə bir başa tədris hissə müdiri vəzifəsinə təyin edib. Səbəbi aydındır A.Mehdiyeva R.Həmidovla əlbir olaraq kollecə bərpa olunan tələbələrin qeydiyyatını aparmaqdan ötrü rüşvət yığaraq vasitəçilik edir. Tələbələrə diplomları 100 manat alaraq verir.Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, kollecin qiyabi şöbə müdiri Xuraman Ələkbərova bir tələbədən semester imtahanı üçün 150-200 manat, kurs işi üçün 30 manat, yoxlama yazı işi üçün 20 manat, son kurs tələbələrin dövlət imtahanları üçün 300-400 manat pul yığır.Xuraman xusüsi dəftərdə pul aldıqlarının siyahısı yazılır və sumkasında saxlayır. Kollecin musiqi şöbə müdiri Fikrət Kərimli semester imtahanı üçün bir tələbədən 150-200, son kurs tələbələrin dovlət imtahanı üçün 250-300manat pul yığır. Ona Gunay İsgəndərova kömək edir.Musiqi şöbədə dərslər tədris planlarina uyğun bölünməmişdir. Kollecin Pedaqoji təcrübə rəhbəri diplomqabağı pedaqoji təcrübədə iştirak edən tələbələrin qiymətlərini şişirdilib yazılmasına 100 manat, təcrübədən yayınmaqdan ötrü isə 200 manat rüşvət yığır. Pedaqoji təcrubənin saatları tədris planına üyğun verilməyib. Kollecin bədən tərbiyəsi muallimi Salayev Fəriz və baş laborantı komissiya üzvi təyin edərək kəsr imtahanından hər tələbədən 1 kəsrə görə 50 manatdan rüşvət alırlar.Kollecin psixoloqu və tərbiyəvi –təşkilatçi Ruslanın tapşırıgə ilə kollecdə icazə işinə nəzarət edirlər. Belaki 1 güna 10 manat, 6 guna 40 manat, 15 günə 100 manat, 1 aya 200 manata icazə verilir. Aylarla dərsə gəlməyib Bakıda və Russiyada yaşayanlar var ki, onlar aya 300 manat pul verirlər.Hələ bilmədiyimiz çox şeylər, əmr kitablarında var. Qanunsuz tələbə köcurmələri, tələbə qəbulları, maliyyə vəsaitlərin mənimsənilməsi, tələbələrə qarşə huquqa zidd hərəkətlər, kadrlarin qeyri-şəffaf yerləşdirilməsi, kollecə rəhbərlik və nəzarətdə ciddi nöqsanlar, dərsə dəvamiyyətin zəif olmasi, bəzi fənnlərin ümümiyyətlə tədris olunmaması Qiyabi şöbədə dərslərin dərs cədvəlinə uyğun tədris edilməməsi və yuklərin düzgün bölüşdürülməməsı, təhsil sənədlərinin alınması , paylanması və ucotunun aparılması, mühasibatlıqda müxtəlif mövzulər üzrə satınalma prosedurlarını mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmaması və invertarların alınmasında özünün yaratdiğı MMC vasitəsi ilə pulların mənimsənilməsi, satın almada qeyri-şəffaflıq və sairə kimi neqativ halları Ruslan Həmidov, Xuraman Ələkbərova, Fikrət Kərimov kimi insanların cinayət törədərək  kolleci gəlir-mənfəət mənbəyinə cevirmişlər. 

      NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib