Dərc edilib: 01-02-2016

https://www.nuh.az/7164-.html

Lənkəran bazarı, yoxsa bataqlıq... - Eksklüziv görüntülər

01.02.2016 14:14:37

Cəmiyyət


Son günlər havaların yağmurlu keçməsi ölkənin bir çox yerlərində problemləri qabardaraq üzə çıxarıb.

Acınacaqlı durum daha çox rayonlarda özünü göstərir. Bu da "Regionların iqtisadi inkişafı" Proqramı çərçivəsində regionlara ayrılan maliyyə vəsaitlərinin düzgün xərclənmədiyini göstərir. Lənkəran şəhərindən Miq.az-a göndərilən mürcaiətdə də problemlər qabarıq şəkildə diqqət çəkir. Sakinlərin Miq.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində yerləşən Lənkəran bazarında vəziyyət olduqca acınacaqlıdır. Yağıntılar nəticəsində bazarda hərəkət etmək çətinləşib. Onu da qeyd edək ki, Lənkəranın kəndlərinə işləyən marşrut avtobusları da bazarda dayanır. Əhalinin böyük axın təşkil etdiyi bazarda isə palçıqdan hərəkət etmək mümkünsüz hala çevrilib.  

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib