Dərc edilib: 04-02-2016

https://www.nuh.az/7168-.html

Ramin Quluzadə prezidentin etimadını doğrulda biləcəkmi..?

04.02.2016 19:56:26

Cəmiyyət

 

Nazirlikdə “bespredel”in hökm sürdüyü barədə xəbərlər gəlir

 

Rabitə  və  Yüksək  Texnologiyalar  naziri  Əli Abbasovun  vəzifədən uzaqlaşdırılması və həbs təhlükəsi altında  saxlanılması  iqtidar komandasında  ciddi suallar  və təlaş  doğurdu.

Məlumdur ki, Əli Abbasov  nazir vəzifəsinə  biznes sahəsindən gəlməmişdi, yəni biznesmen-nazirlərdən deyildi. Kifayət qədər  savadlı, təcrübəli, eyni zamanda mediaya açıq olan bir ziyalı idi.

Əlbəttə onun vəzifədən uzaqlaşdırılması və  xeyli gənc olan  Ramin Quluzadənin nazir təyin olunması cənab prezidentin müstəsna səlahiyyətində  olduğu üçün hətta müzakirə  etməyə də ehtiyac  yoxdur. Amma...

Bir məsələni qeyd etməyi vacib hesab edirəm ki, əgər keçmiş  MTN şefi Eldar Mahmudovun biabırçı əməlləri vaxtında müzakirə olunsaydı, bu rüsvayçılıq  10 ildən artıq uzanmazdı. Ona görə də media  məmurların əməllərinə zamanında operativ  olaraq münasibət bildirməlidir. Ki, ölkə başçısı zamanında bu əməllərdən xəbərdar olsun. Cənab İlham Əliyev özü də dəfələrlə qeyd edib ki, media mənə kömək etməlidir.

Biz    NUH   İnformasiya Agentliyi  ( NUH.az ) olaraq ölkə başçısı  möhtərəm İlham Əliyevin  mühüm dövlət postlarına  gəncləri təyin etməsini alqışlayırıq. Ancaq gənclər də bu etimadı doğrultmağa, ölkə başçısının siyasi kursunun uğurla həyata keçməsinə çalışmalıdır. Amma...

NUH.az-a daxil olan məlumata görə, cavan nazirin   gözlənilməz gedişləri  qurumda xeyli təəccüb doğurub.

Təzə nazir  qurumda ilk islahat olaraq  köhnə tanışlarından biri olan  xanımı  özünə köməkçi-referent-operator  təyin edib.  Və bütün nazirliyə nəzarət bu xanıma həvalə olunub. Xanım-köməkçi  isə  öz dünyagörüşünə, həyat tərzinə uyğun olaraq  nazirliyi “ yenidən qurmaq”  istəyir  və öz  zövqünə uyğun şəkildə qurumda ixtisarlar aparır.

Bu  fövqəl-xanım  hətta sürücülərin  benzin normasını da kəsib.  Sürücülər isə buna etiraz olaraq işdən çıxırlar.

Bir sözlə, təzə nazirin “avazı yaxşı  gəlir”...

10 ildən sonra deməyin ki,  xəbərimiz olmayıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib