Dərc edilib: 03-02-2016

https://www.nuh.az/7173-.html

Elnur Nağızadə 150 min dollarlıq dələduzluqda ittiham olunur

03.02.2016 16:45:08

Cəmiyyət

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.

Bu  barədə   "Report"a  Nizami Rayon Prokurorluğundan məlumat verilib.Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov prokurorluğa müraciət edərək 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.***Elnur Nağızadə Modern.az saytına açıqlamasında 150 min dollarlıq dələduzluq etməsi barədə ittihamdan xəbərsiz olduğunu bildirib.“Bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən eşidirəm. Yalan informasiyadır”.  

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib