Dərc edilib: 04-02-2016

https://www.nuh.az/7175-.html

Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək

04.02.2016 11:41:27

Cəmiyyət

 

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov fevralın 18-də Cəlilabad rayonunda qəbul keçirəcək. 

Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, saat 10:00-da Cəlilabad rayon şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşların 17.02.2016-cı il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.  

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib