Dərc edilib: 18-02-2016

https://www.nuh.az/7240-.html

Ankarada ölənlər arasında azərbaycanlı var?

18.02.2016 12:34:53

Hadisə


Fevralın 17-də Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb, 61 nəfər isə xəsarət alıb.

 

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Azərtac-a bildirib ki, törədilmiş terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur.Araşdırmaların davam etdirilməsi məqsədilə səfirlikdə operativ qrup fəaliyyət göstərir.

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib