Dərc edilib: 08-03-2016

https://www.nuh.az/7324-.html

Elmar Vəliyevin "VERO" restoranı niyə "VEQO" oldu?

08.03.2016 13:20:09

Hadisə

Elmar Vəliyev Türkiyə prezidentinin Gəncə səfərindən niyə narahat idi?

 

Miq.az xəbər verir ki, son vaxtlar adı qalmaqallı hadisələrdə ən şox hallanan icra başçılarından biri də Elmar Vəliyevdir. Onu da nəzərinizə çatdırmağı özümüzə vacib sayırıq ki, oxucularımız arasında ən çox tənqid olunan  ilk beşlikdə dayanan icra başçılarından biri də məhz Gəncənin hal-hazırki icra başçısı Elmar Vəliyevdir....

 

Miq.az-ın email adresinə daxil olan materiallar sırasında Gəncənin icra başçısı ilə baglı çox maraqlı informasiya daxil olub.  Redaksiyamıza verilən məlumata görə, Elmar Vəliyevin qılıncının dalı və qabağı kəsən vaxtlarda Gəncədə özünə "VERO" adlı restoran açmışdı. Bu sözün açması Vəliyev Elmar Rüstəm oğlu idi ki, icra başçısı bununla Gəncədə "ad qoymaq" fikrindəydi. Lakin bu məsələ qəfil mətbuata çıxdı və Vəliyev işin çətinə düşəcəyini görərək, onu satmaq qərarına gəldi. 

 

Miq.az-a verilən məlumatlara görə, icra başçısı "VERO" restoranını əslən Gəncədən olan, lakin xarici ölkə vətəndaşı olan Etibar adlı iş adamına satdıqdan sonra bir xeyli rahatlamışdı. Etibar isə restoranın adını dəyişərək "VERO"nu "VEQO" ilə əvəzləyib. Sonradan isə tərəflər arasında qəribə bir qalmaqal yaşanmağa başlayıb. 

 

Qeyd edilir ki, Vəliyev restoran-motelini ucuz qiymətə satdığını anlayaraq, cığallıq etməyə başlayıb. Buna görə də Etibarla «müharibə» vəziyyəti yaradıb. Bir xeyli onu incidən Elmar Vəliyev sonda gözlənilmədən çıxılmaz vəziyyətə düşüb. 

 

Məlumata görə, Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Gəncədə görüşmək istəməsindən sonra Vəliyev qorxuya düşüb. Ona görə ki, hər iki prezidentin məhz "VEQO"da qalacağı dəqiqləşibmiş. Vəliyevi narahat edən məsələ isə o olub ki, Etibar orada dövlət başçısına ondan şikayət edə bilərdi. 

 

Deyilənlərə görə, səfər ərəfəsində Elmar Vəliyev Etibara yalvarmağa başlayıb. Bütün dost-tanışlarını iş adamının yanına göndərən icra başçısı onunla barışmaq istədiyni bildirsə də, hər dəfə rədd cavabı alıb. Lakin Gəncənin icra başçısının başqa çarəsi qalmayıb. Özü restorana gələrək, Etibarla görüşüb. Üz-üzə çay süfrəsi arxasında gedən danışıqlar sülhlə nəticələnib. Amma Elmar Vəliyev sonda elə bir hərəkət edib ki, sahibkar da məəttəl qalıb. Belə ki, Gəncənin icra başçısı restoranın barında vitrinə qoyulmuş və qiyməti 5000 avro olan spirtli içkini hədiyyə olaraq, götürüb.(Yazıda Politika.Az saytında gedən materialdan və şəkillərdən istifadə olunub) 

 

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib