Dərc edilib: 12-03-2016

https://www.nuh.az/7349-.html

Ədalət Şükürov hansı məmur dostuna görə Xoşqədəmə villa bağışlayıb

12.03.2016 10:55:45

Hadisə

 

 “Qafqazinfo” saytı  teleaparıcı Xoşqədəm Hidayətqızı ilə əməkdar artist Ədalət  Şükürov arasındakı  villa qalmaqaldan yazıb: “ Məşhur aparıcı Ədalət Şükürovun Saray qəsəbəsindəki villasını alıb. Hidayətqızı iki ilə yaxındır ki, villanın pulunu Şükürova vermək istəmir”.

Əməkdar artist “Qafqazinfo”ya açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib:

“Bu haqda heç nə deməyəcəm. Bizim şəxsi məsələmizdir, açıqlamaya ehtiyac yoxdur”.

Görəsən, Ədalət Şükürov  nə üçün açıqlamaya ehtiyac görmür?

NUH.az-a  daxil olan məlumata görə, əslində Ədalət Şükürov villasını Xoşqədəm Hidayətqızına  satmayıb, bağışlayıb.

Sual oluna bilər ki, külli miqdarda dəyəri olan villanı Ədalət Şükürov nə üçün bağışlayıb..?

Mənbənin məlumatına görə, “Səni axtarıram” verilişinin müəllifi  Xoşqədəm Hidayətqızı  bu villanı  kimisə “biabır etməməyin əvəzində”  əldə edib.

Daha doğrusu, Ədalət Şükürovla yaxın dost olan məmurlarımızdan birinin Rusiyada ailəsi və uşağı olması barədə “Səni axtarıram” verilişində məlumat getməli imiş. Bunun qarşısını almaq üçün villa söhbəti ortaya çıxıb.

Məmurun adı bəlli olsa da müəyyən səbəblərdən açıqlamırıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib