Dərc edilib: 14-03-2016

https://www.nuh.az/7362-.html

Nəvəsi öldürülən baba baş prokuroru itiham edir

14.03.2016 12:30:56

Hadisə

Uşaq qatili   “Turan” futbol komandasının rəhbəri Vidadi Əhmədovun qardaşıdır

 

Bir müddət əvvəl NUH.az saytı “Zakir Qaralov və Şakir Musayev nəvəmin qanını batırıb” başlıqlı yazı dərc etmişdi. Qısa xatırlatma üçün qeyd edək ki, Tovuz rayon sakini olan təqaüdçü müəllim İslam Aslanov əməkdaşımızla telefon əlaqəsi saxlayaraq bildirimişdi ki, onun nəvəsi Azad İslamzadəni Fikrət Əhmədov avtomobillə vuraraq öldürüb: “Fikrət Əhmədov mənim 1-ci sinifdə oxuyan nəvəmi öz avtomobili ilə vurub öldürəndən sonra aparıb parka atıb. Nəvəmin avtomobillə vurulmasını tibbi ekspertiza da təsdiq edib. Ancaq sonradan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin əmri ilə rəylər dəyişdirilib. Bu işdə prokurorluq işçiləri də cinayətkarı müdafiə ediblər. Dəfələrlə Baş prokuror Zakir Qaralovun qəbulunda olsam da iş obyektiv aparılmayıb. Onlar nəvəmin qanını batırıblar”.

 

Zərəçəkən NUH.az-ın əməkdaşına onu da bildirmişdi , Fikrət Əhmədov “Turan” futbol komandasının rəhbəri Vidadi Əhmədovun qardaşıdır.

Bu gün İslam Aslanov yenidən NUH.az-la əlaqə saxlayaraq öz şikayətinin videoyazısını bizə göndərdi.

Biz babanın fikirlərini işıqlandırmaqla bərabər qarşı təərfin də mövqeyini dərc etməyə hazırıq.

 

NUH. az

 

Yüklənir...


NUH informasiya agentliyi səhifəsindən çap edilib