Dərc edilib: 14-03-2016

https://www.nuh.az/7364-.html

Əhməd Davudoğludan açıqlama - "Hadisəni törədən terror təşkilatını müəyyən etdik"

14.03.2016 13:45:27

Hadisə

Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən Ankarada baş vermiş terror aktını həyata keçirən terror təşkilatı barədə açıqlama verib. 
Avropa.info xəbər verir ki, Davudoğlu dünən axşam Ankarada baş vermiş terror aktını hansı təşkilatın həyata keçirdiyinə dair qəti dəlillərin əldə edildiyini bildirib. 
Baş nazir açıqlaması zamanı "Terror aktını həyata keçirən terror təşkilatına dair konkret məlumatlar əldə etmişik" deyə bildirib. 
"Əlimizdı olan ilkin məlumatlara, hadisənin baş verdiyi yerdə əldə olunan materiallara və kəşfiyyat analizlərinə əsaslanaraq, bu xain hücumu həyata keçirən terror təşkilatına dair konkret məlumatlar əldə etmişik. Ən qısa zamanda, böyük diqqətlə davam etdirilən araşdırmalardan sonra qəti nəticə əldə edəcək və bu məlumatlar ictimaiyyətə təqdim ediləcək."
Xatırladaq ki, dünən axşam saatlarında Ankaranın Kızılay bölgəsində törədilən terror aktı 31 nəfərin həlak olması və 70-dən çox insanın yaralanması ilə nəticələnmişdir. 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib