Dərc edilib: 28-03-2016

https://www.nuh.az/7447-.html

“Bu amansız terrordan hiddətlənirik” - İlham Əliyev

28.03.2016 13:42:16

Hadisə

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Prezident Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib: "Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib